“Bakı”dan uğursuz debüt

Bu gün qadın komandaları arasında voleybol üzrə Azərbaycan Superliqasının ilk turunun oyunları keçirilir. SİA-nın məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzində təşkil olunmuş yarışda ilk görüş "Bakı" klubu ilə "Azərreyl" arasında baş tutub. Çempionatda debüt edən Bakı klubu ilk oyunda uğursuzluğa düçar olub. Belə ki, klub ilk setdə 25:19, 2-ci setdə 25:21, 3-cü setdə isə 25:16 hesabı ilə məğlub olub - 3:0.

Qeyd edək ki, bu gün daha 2 oyun keçirləcək. "İqtisadçı" "Rabitə" ilə, "Şirvan" isə "Lokomotiv"lə münasibətlərə aydınlıq gətirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə