Vüqar Nadirov: “Hakimin səhvləri birbaşa oyunun nəticəsinə təsir etdi” - AÇQILAMA

Vüqar Nadirov: “Hakimin səhvləri birbaşa oyunun nəticəsinə təsir etdi” - AÇQILAMA
"Hakimin səhvləri birbaşa oyunun nəticəsinə təsir etdi". Bu sözləri "Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov "Neftçi" ilə oyun barəsində SİA-ya verdiyi açıqlamasında deyib. O, hakimin iki 11 metrlik cərimə zərbəsini təyin etmədiyini qeyd edib: "Biz sonradan da oyunun video-yazısına baxdıq. Hər iki halda penalti verilməli idi. Əgər penaltilər verilsəydi biz bəlkə də qalib gələrdik". Futbolçu oyunun klubda da müzakirə olunduğunu, hakim səhvlərinin birmənalı olaraq ortaya qoyulduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə