Nail Nurəddinoğlu "Turan"da vəzifəyə keçdi

Nail Nurəddinoğlu "Turan"da vəzifəyə keçdi
"Turan" futbol klubunda yeni təyinat reallaşıb. SİA-nın məlumatına görə, fanat.az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata əsasən, tanınmış jurnalist, sportal.az idman saytının rəhbəri Nail Nurəddinoğlu Tovuz təmsilçisinin idman direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, bu vəzifəyə təyin olunan həmkarımız klubun yeni strategiyasını hazırlayacaq, komandanın inkişafı, yüksək hədəflər uğrunda mübarizə aparması üçün islahatlar aparacaq. Məlumatı verən mənbənin sözlərinə görə, "Turan" rəhbərliyi yaxın saatlarda Nail Nurəddinoğlunun təyinatını rəsmən təsdiqləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə