Pankration üzrə Bakı birinciliyi keçirilib

Pankration üzrə Bakı birinciliyi keçirilib

AHİTA idman klubunun güləş zalında pankration üzrə Bakı şəhər birinciliyi keçirilib. SİA-nın məlumtına görə, yarışda "Təhsil RİM", "Neftçi" İSM, "Bakı" İK, "Məhsul" İC, "Gömrükçü" İSM, "AHİTA" İK, "Sərhədçi" İƏK, "Hövsan" OİK, "Bahadur" İC, "Pəhləvan" İK 10 idman cəmiyyətini təmsil edən 70-ə yaxın idmançı 2 yaş qrupunda  mübarizə aparıb. Yarışlar 30, 34, 38, 42, 46, 50, 56 , 62 kq çəki dərəcələrində Aqon və Flaqon növləri üzrə təşkil olunub.
Birincilikdə aqon növü üzrə 30 kq çəki dərəcəsində I yerə Ruslan İbrahimov ("Bakı" İK), flaqon növü üzrə 34 kq çəki dərəcəsində I yerə Sahib Məmmədli ("Neftçi" İSM), flaqon növü üzrə 38 kq çəki dərəcəsində I yerə İlham Ağayev ("Məhsul" İC), aqon növü üzrə 42 kq çəki dərəcəsində I yerə Teymur Həsənov ("Bahadur" İC), flaqon növü üzrə 46 kq çəki dərəcəsində I yerə Ruslan Ağayev ("Sərhədçi" İƏK), aqon növü üzrə 50 kq çəki dərəcəsində I yerə Tural Qarazadə ("AHİTA" İK), flaqon növü üzrə 56 kq çəki dərəcəsində I yerə İdris Yusubov ("Gömrükçü" İK), aqon növü üzrə 62 kq çəki dərəcəsində I yerə İbrahim Mahmudov ("Pəhləvan" İK) layiq görülüb.
Yarışda I, II, III yerlərə layiq görülmüş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən qiymətli xatirə hədiyyələri və diplomlarla təltif ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə