Bu gün qafqazinfo.az saytının idman müxbiri Xəyal Azəroğlunun məhkəməsi olacaq. Jurnalistin SİA-ya verdiyi məlumata görə, həmkarımız etirbarlı mənbədən aldığı məlumata əsaslanaraq Azərbaycan Premyer Liqasının 8-ci turun "İnter"-"Muğan" matçında baş hakim Elnur Muradovun rüşvət aldığını, oyunu "İnter"in lehinə idarə etdiyini yazdığına görə hakim məhkəməyə müraciət edib.
X.Azəroğlunun sözlərinə əsasən, E.Muradov ona şər atıldığını iddia edərək jurnalistdən məhkəmə vasitəsi ilə 100 min manat tələb edir.
Qeyd edək ki, məhkəmə bu gün Yasamal Rayon Məhkəməsində saat 16:00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB