Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir

Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir

Bakıda futvolley üzrə açıq beynəlxalq turnir davam edir. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya yığmaları mübarizə aparırlar.

İlk günün nəticələrinə, görə millimiz Pakistana 2:0 hesabı ilə qalib gəlsə də, Hollandiya və Avstriya komandalarına 0:2 hesabı ilə məğlub olub.

Millimiz 5-ci yer uğrunda görüşdə Portuqaliya yığması ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinə isə Braziliya, Hollandiya, Avstriya və İran komandaları vəsiqə qazanıblar. Bu gün dörd komanda arasında mübarizə nəticəsində turnirin mükafatçıları müəyyənləşəcək.

Turnirin ümumi mükafat fondu 6 min manatdır.

İyulun 15-də yekun vurulacaq yarışın qaliblərinə medal, diplom və pul mükafatları təqdim ediləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə