Milliyə yeni baş məşqçi təyin olundu

Milliyə yeni baş məşqçi təyin olundu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının yeni baş məşqçisi məlum olub. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi vəzifəsi Vəli Qasımova həvalə olunub.

Qeyd edək ki, V.Qasımov eyni zamanda Azərbaycan milli komandasının baş məşqçisinin köməkçisi vəzifəsində də fəaliyyətini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə