"Səbail"dən ayrılan futbolçu Xorvatiya klubunda

"Səbail"dən ayrılan futbolçu Xorvatiya klubunda

Ötən mövsüm icarə əsasında "Səbail"də çıxış edən Faruk Miyanın yeni klubu bəlli olub. Qol.az-ın xəbərinə görə, müqavilə ilə Belçikanın "Standard" klubuna məxsus olan 20 yaşlı hücumçu karyerasını Xorvatiyada davam etdirəcək. Uqanda millisinin üzvü yüksək liqadaçıxış edən "Qoritsa" ilə 2+1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, "Səbail"də 13 oyuna çıxan Miya 2 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə