Maurisio Sarrinin “Çelsi”ni çalışdıracağı dəqiqləşib

Maurisio Sarrinin “Çelsi”ni çalışdıracağı dəqiqləşib

Maurisio Sarrinin “Çelsi”ni çalışdıracağı dəqiqləşib. Bu barədə “Sky Sports” xəbər yayıb. Məluimata görə, artıq italiyalı mütəxəssis Londondadır. Onunla 2 illik müqavilə imzalandığı bildirilir. 59 yaşlı məşqçinin köməkçisi də məlum olub. “Zadəganlar”ın sabiq futbolçusu Canfranko Zola yeni məşqçilər korpusunda yer alacaq. Qeyd edək ki, “Çelsi”də Antonio Konteni əvəzləyən Sarri son olaraq “Napoli”ni çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə