“Luka Modriç və İvan Rakitiç rəqibinizin əsas oyunçularıdır. Baş məşqçimiz onları necə dayandırmaq lazım olduğunu bilir. Bizim də hücumda Kilian Mbappe, Olivye Jiru kimi oyunçularımız var”.
Bu sözləri Fransa millisinin üzvü Antuan Qrizmann fransız mətbuatına açıqlamasında deyib. O, DÇ-2018-in finalında qarşılaşacaqları Xorvatiya millisindən daha şanslı olduqlarını bildirib: “Biz öz gücümüzə inanırıq. Fransa bizə inanır. Xalqımızın inamını itirmək istəmirik. Əlbəttə, qarşılaşma çətin keçəcək, amma kuboku qazanan tərəf biz olacağıq”. Qeyd edək ki, final oyunu iyulun 15-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB