“Qalatasaray”dan yeni transfer

Türkiyənin “Qalatasaray” klubu hücum xəttini gücləndirib. SİA-nın məlumatına görə, İstanbul klubu "Everton"dan nigeriyalı hücumçu Henri Onyekurunu heyətinə qatıb. 21 yaşlı forvard "Qalatasaray"da 1 illik icarə əsasında çıxış edəcək. Bu keçid "cim-bom"a 800 min avroya başa gəlib.

Onyekuru 2017-ci ildə "Everton"a transfer olsa da, əsas komandada oynamayıb. Nigeriya millisinin üzvü ötən mövsümü "Anderlext"də icarə əsasında keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə