Basketbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunlarına yekun vurulub

Basketbol üzrə Azərbaycan çempionatında ikinci turun oyunlarına yekun vurulub

Noyabrın 27-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində kişilər arasında basketbol üzrə Azərbaycan çempionatının ikinci turunun oyunları keçirilib.

SİA-nın xəbərinə görə, turun ilk görüşü ABİK və 18 yaşadək oğlanlardan ibarət Azərbaycan yığma komandası arasında olub. "ABİK" rəqibini 57:50 hesabı ilə məğlub edib.

Turun digər oyunlarında "Araz" komandası "Şəki" basketbolçularına 102:81, "Qala" isə "BDU"-ya 87:33 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə