Almaniyanın ikinci Bundesliqasında mübarizə aparan "Unterahinq"in islandiyalı futbolçusu Qardar Qunlauqssonun keçmiş həyat yoldaşı, bir müddətdi Bolqarıstan yığmasının baş məşqçisi Lotar Matteusla sevgi macərası yaşayan gözəlçə Asdis Ran peşman olub.SİA-nın məlumatına görə, üç uşaq anası Qunlauqssonla münasibətlərini bərpa etmək istəyir. Bolqarıstan mətbuatına açıqlama verən modelyer həyat yoldaşını geri qaytarmağa hazırlaşdığını deyib: "Qardarla barışmaq istəyirəm. Əgər etiraz etməsə, yenidən birlikdə olmaq istərdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB