"Baltsan" - "Keşlə" oyununu bolqarıstanlı hakimlər idarə edəcək

"Baltsan" - "Keşlə" oyununu bolqarıstanlı hakimlər idarə edəcək

Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək "Baltsan" - "Keşlə" oyununa hakim təyinatları açıqlanıb. UEFA-nın saytında yer alan xəbərə görə, matçı Bolqarıstan Futbol Federasiyasından Volan Çinkov idarə edəcək. Ona həmyerliləri Georgi Sokolov, Dragomir Draganov köməklik edəcək. Dördüncü hakim funksiyasını Pyetur Siqurdsson (İslandiya) yerinə yetirəcək. Qeyd edək ki, "Baltsan" - "Keşlə" görüşü bu gün keçiriləcək

Bütün xəbərlər Facebook səhifəmizdə