“Fransa bizə künc zərbəsindən qol vurdu. Buna qədər isə yalnız öz qapılarını qorumaqla məşğul idilər”. Bu sözləri Belçika millisinin qapıçısı Tibo Kurtua "The Guardian"a açıqlamasında deyib. O, DÇ-2018-in yarımfinalında uduzduqları (0:1) Fransa millisinin layiqli qələbə qazanmadığını bildirib: “Mən 1/4 finalda Braziliyaya uduzmağı üstün tutardım. Hər halda onlar futbol oynamaq istəyirdilər. Fransa isə antifutbol oynayan komandadır”.
Qeyd edək ki, Belçika İngiltərə - Xorvatiya cütünün məğlubu ilə 3-cülük uğrunda oynayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB