“Portu”nun müdafiəçisi "Vilyarreal”da

“Portu”nun müdafiəçisi "Vilyarreal”da

İspaniyanın “Vilyarreal” klubu heyətinə yeni oyunçu cəlb edib. SİA-nın məlumatına görə, “Portu”nun müdafiəçisi Migel Layunla 3 illik müqavilə imzalanıb.
Meksika millisinin üzvünün keçidi 4 milyon avroya başa gəlib.

Qeyd edək ki, 2015-ci ildən "Portu"da oynayan Layun son mövsümdə icarə əsasında “Sevilya”da çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə