“Səbail” ukraynalı legioner transfer edib

“Səbail” ukraynalı legioner transfer edib

“Səbail” növbəti transferini həyata keçirib. SİA-nın məlumatına görə, paytaxt klubu ukraynalı legioner İqor Korotetskini heyətinə cəlb edib. Ötən mövsümün ikinci yarısını "Kəpəz"də keçirən 31 yaşlı mərkəz müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Korotetski “Səbail”in bu yay fasiləsi dönəmində ilk legioner transferidir. Aftandil Hacıyevin komandası bunadək yerli futbolçuları - Rahid Əmirquliyev, Ağabala Ramazanov (hər ikisi "Qarabağ"), Şəhriyar Rəhimov ("Kəpəz"), Vüqar Bəybalayev ("Sumqayıt") və Ruslan Qurbanovu ("Qəbələ") transfer edib, Fəhmin Muradbəylini ("Neftçi") icarəyə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə