Türkiyənin "Fənərbaxça" klubu heyətini 2 yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi TFF 1-ci Liqada mübarizə aparan "Altınordu"dan Berke Özer və Barış Alıcını transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin müddəti və digər detalları açıqlanmır.
2000-ci il təvəllüdlü Berke Özer qapıçıdır. 1997-ci il təvəllüdlü Barış Alıcı isə yarımmüdafiəçidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB