Məsut Özil Almaniya millisi ilə vidalaşır?

Məsut Özil Almaniya millisi ilə vidalaşır?

"Arsenal"ın futbolçusu Məsut Özil Almaniya millisindəki karyerasını başa vurmağa hazırlaşır. Almaniya mətbuatının yazdığına görə, 29 yaşlı yarımmüdafiəçi DÇ-2018-lə vidalaşdıqdan sonra ona edilən tənqidlər səbəbindən bu qərarı verib.

M.Özilin qərarını yaxın günlərdə rəsmən açıqlayacağı gözlənilir. Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla çəkdiyi şəkilə görə də tənqid edilən M.Özilin atası Mustafa Özil "Bild"ə açıqlamasında oğlunun yerində olsa, millidən gedəcəyini söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə