İdmançımız Avropa çempionatında bürünc medal qazanıb

İdmançımız Avropa çempionatında bürünc medal qazanıb

İdmançımız Rüstəm Məmmədov Macarıstanın Györ şəhərində keçirilən yeniyetmələrin Avropa çempionatında üç təkanla tullanma növündə 15,16 m nəticə göstərərək bürünc mükafatına layiq görülüb. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu göstərici onun şəxsi nəticəsi olmaqla yanaşı, Rüstəmə Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına da vəsiqə qazandırıb.

Mükafatlandırma mərasimi sabah Bakı vaxtı ilə saat 19:50 də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə