Azərbaycan yığması yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan yığması yoldaşlıq oyununda qələbə qazanıb

Noyabrın 26-da Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Real" (Bakı) komandası ilə yoldaşlıq oyunu keçirib.

SİA-nın xəbərinə görə, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Ruslan Abdullayev və Davud Qarayev vurublar.

Qeyd edək ki, oyun AFFA tərəfindən Mərdəkandakı "Dalğa" İstirahət Mərkəzinin ərazisində inşa olunan stadionda keçirilib. Qarşılaşmanın bu stadionda təşkil olunmasında məqsəd tikintisi başa çatmaqda olan stadionun örtüyünün UEFA-nın tövsiyəsi ilə sınaqdan keçirmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə