Almaniyanın “Borussiya” (Dortmund) futbol klubu yeni baş məşqçisini rəsmən təqdim edib. SİA-nın məlumatına görə, Bundesliqa təmsilçisi bu ilin mayında anlaşdığı Lüsyen Favr üçün təqdimat mərasimi təşkil edib.
Altmış yaşlı isveçrəli mütəxəssislə ikiillik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, Favr ötən mövsüm “Nitsa”nın baş məşqçisi olub. “Borussiya”nı geridə qalan mövsümün birinci hissəsində Peter Bos, ikinci hissəsində isə Peter Şteger çalışdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB