"Vest Hem" klubu "Arsenal"ın futbolçusu Cek Uilşirin transferini rəsmiləşdirib. SİA-nın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Uilşir 2008-ci ildən "Arsenal"da çıxış edirdi. Unay Emerinin baş məşqçi təyin olunmasından sonra rəhbərlik onunla yeni müqavilə imzalamaq qərarına gəlib.
İngilis futbolçunu transfer etmək istəyən klublar arasında "Fənərbaxça" da var idi. Uilşir İstanbul klubundakı şəraiti bəyənsə də, ailəsini Türkiyəyə getməyə razı sala bilməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB