"Neftçi” hazırlığa davam edir

"Neftçi” hazırlığa davam edir

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində iyulun 12-də, saat 21:00-da “Dalğa Arena”da Macarıstanın "Uypeşt” klubu ilə qarşılaşacaq "Neftçi” hazırlığa ara vermədən davam edir. SİA-nın məlumatına görə, komanda "Türk Hava Yolları Futbol Mərkəzi”ndə axşam məşqinə çıxıb. Bütün futbolçuların iştirak etdiyi məşq texniki-taktiki hazırlığa həsr olunub. Hazırlıq bu gün saat 21:00-da "Dalğa Arena”da keçiriləcək axşam məşqi ilə davam edəcək.

Xatırladaq ki, "Neftçi” – "Uypeşt” oyunu üçün biletləri "Dalğa Arena” və 8-ci km stadionlarının kassaları, həmçinin "Bravo Supermarket”in Babək, 20 yanvar, Əhmədli, "Rahat market”in isə "Neftçilər”, "Metropark”, "Baku MALL” (Qələbə dairəsi) mağazalarından əldə etmək mümkündü. Biletlərin qiyməti 1, 2, 5 və 20 (VİP yerlər) AZN-dir. Kassalar hər gün saat 10:00-dan 22:00-dək işləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə