Balotellinin "Marsel" klubuna keçidi sual altındadır

Balotellinin "Marsel" klubuna keçidi sual altındadır

"Nays" klubunun hücumçusu Nario Balotellinin "Marsel" klubuna keçidi sual altındadır. SİA-nın məlumatına görə, Balotelli icazə almadan "Marsel"də tibbi baxışdan keçib. 27 yaşlı italiyalının bu hərəkəti "Nays" rəhbərliyini razı salmayıb. Klub Balotellini nəinki cərimələyə, hətta transferinin qarşısını ala bilər. Düzdür, klubla futbolçu arasında bağlanan texniki müqavilə başa çatıb. Lakin “centlmen razılaşma” qüvvədədir. Yəni Balotelli klubdan razılaşmadan ayrılarsa, 10 milyon avro ödəməlidir. Əvvəllər "Nays" klubunun bu futbolçu ilə daha bir ilə müqavilə bağlamaq istədiyi deyilirdi. Transfer baş tutarsa, Balotellinin "Marsel" klubunda illik gəliri 7 milyon avro olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə