"Barcelona"nın yarımmüdafiəçisi Poulinyo Çinə qayıdıb. SİA-nın məlumatına görə, "Guangzhou Evergrande" klubu 29 yaşlı orta sahə oyunçusunu birillik icarəyə götürüb. Çinlilər bir ildən sonra onu transfer edə biləcəklər. Müqavilənin maddi tərəfləri açıqlanmasa da, gələn il transferin reallaşması ilə ispanların 50 milyon avro qazanacağı vurğulanıb. Braziliya millisinin üzvünün illik məvacibi isə 14 milyon avro olacaq.
Qeyd edək ki, Barcelona Paulinyonu ötən il 40 milyon avro müqabilində məhz Guangzhou Evergrande -dan transfer etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB