İspaniya yığmasının sükanı arxasına "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike keçəcək. SİA-nın məlumatına görə, İspaniya Futbol Federasiyası 48 yaşlı mütəxəssislə razılıq əldə edib. Enrikeyə 2 illik müqavilə təklif olunub.
Qurum Espanyol-un baş məşqçisi Kike Sançes Flores və hazırda Belçika millisinə rəhbərlik edən Roberto Martineslə də danışıqlar aparıb.
Qeyd edək ki, Rusiyadakı dünya çempionatının startına bir gün qalmış İspaniya millisinin baş məşqçi postunda dəyişiklik baş verib. Fernando YerroReal Madrid-ə baş məşqçi təyin olunan Xulen Lopetegini əvəzləyib. Yerronun rəhbərliyi altında yığma 1/8 finaladək irəliləyib. Bu komandanın qarşısını Rusiya (1:1, penaltilərlə 4:3) kəsib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB