"Keşlə" Türkiyədən Maltaya gedəcək

"Keşlə" Türkiyədən Maltaya gedəcək

Azərbaycanı Avropa Liqasında təmsil edəcək “Keşlə” futbol klubu Türkiyədəki təlim-məşq toplanışını başa vurub. SİA-nın məlumatına görə, baş məşqçi Yuri Maksimovun yetirmələri gün ərzində yenə iki dəfə məşq edib. Bu gün isə komanda İstanbula gedərək, oradan Maltaya yola düşəcək.

Xatırladaq ki, “Keşlə” UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində Maltanın “Baltsan” komandası ilə qarşılaşacaq. Oyun iyulun 12-də səfərdə keçiriləcək. Buna görə də Bakıya gəlməyə ehtiyac duymayan paytaxt klubu Türkiyədən birbaşa Maltaya yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə