İngiltərə millisinin yarımmüdafiəçisi Harri Maquayr “Twitter”də paylaşdığı maraqlı şəkillə diqqət mərkəzinə düşüb. Qol.az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, sevgilisi ilə fotosunu paylaşan futbolçu ona müraciətlə bu sözləri yazıb: “Qonşulardan xahiş edə bilərsən, bazar ertəsi bizim də zibilimizi atsınlar. Çünki hələ evə getmirik”.
Maquayr bununla İsveç üzərində qələbəyə işarə edərək mundialda yola davam etdiklərini bildirib. Qeyd edək ki, 1/4 final mərhələsində İngiltərənin İsveçi 2:0 hesabı ilə məğlub etdiyi matçda ilk qolu məhz Maquayr vurmuşdu. İngilislər yarımfinalda Xorvatiya ilə qarşılaşacaqlar. Oyun iyulun 11-də Moskvada keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB