Prezident qələbəni futbolçularla qeyd edib

Prezident qələbəni futbolçularla qeyd edib

Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç DÇ-2018-in ¼ final mərhələsində Rusiya üzərində qələbəni milli komandanın futbolçuları ilə bərabər qeyd edib. SİA xəbər verir ki, Qrabar-Kitaroviç oyundan sonra soyunub-geyinmə otağına gələrək futbolçuları təbrik edib və onlarla birgə şəkil çəkdirib.

Fotonu yığmanın futbolçusu Marko Pyatsa öz "Twitter" mikrobloqunda paylaşıb.

Xorvatiya prezidenti ¼ final matçını Rusiyanın baş naziri Dmitri Medvedev və FİFA prezidenti Djanni İnfantino ilə birdə stadiondan seyr edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə