İvan Rakitiç:"İngilislərə hörmətlə yanaşırıq”

İvan Rakitiç:"İngilislərə hörmətlə yanaşırıq”

“Bu, inanılmaz uğurdur. Biz yarımfinaldayıq”. Bu sözləri Xorvatiya millisinin yarımmüdafiəçisi İvan Rakitiç dünən Rusiyaya DÇ-2018-in 1/4 finalında qalib gəldikləri oyundan sonra jurnalistlərə bildirib.

“Xorvatiya bununla kifayətlənməməli və finala çıxmalıdır. İndi inanılmaz emosiyalar yaşayıram. Ölkəmizdə insanların necə sevindiyini təsəvvürümə gətirirəm. Ümumən yarışda yaxşı çıxış edirik və bura qədər gəlməyə layiq idik. Rusiya bizimlə matçda İspaniya ilə görüşdəkindən fərqli olaraq, daha yaxşı idi və sona qədər mübarizə apardı. Biz finala çıxmaq üçün tarixi şansı əldən verə bilmərik. Bununla belə, rəqibimiz olan ingilislərə hörmətlə yanaşırıq”.

Xatırladaq ki, DÇ-2018-in yarımfinalında Xorvatiya ilə İngiltərə arasında qarşılaşma iyulun 11-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə