Bu gün DÇ-2018-in 1/4 finalına yekun vurulub. SİA-nın xəbərinə görə, keçiriləcək iki oyunla yarımfinalın növbəti cütlüyü müəyyənləşib. Əvvəlcə İsveç və İngiltərə münasibətlərinə aydınlıq gətirib. 2:0 hesabı ilə qalib gələn İngiltərə yarımfinala yüksəlib.
Günün digər oyununda isə Xorvatiya meydan sahibləri Rusiya yığması ilə üz-üzə gəlib. Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada komandalar hərəyə 1 qol vurduğuna görə qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn Xorvatiya yarımfinala yüksəlib. Komanda 1/2 finalda İngiltərə ilə üz-üzə gələcək. Matça iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Xatırladaq ki, yarımfinalın ilk oyununda Fransa və Belçika yığmaları qarşılaşacaq. Bu görüş iyulun 10-u Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
1/4 final
22:00. Rusiya – Xorvatiya - 2:2 (Penaltilər seriyası - 3:4)
Qollar: Çerışev, 31 (1:0), Kramariç, 39 (1:1), Vida, 101 (1:2), Mario Fernandes, 115 (2:2)
Baş hakim: Sandro Rikki (Braziliya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB