“Borussiya” yeni baş məşqçisini təqdim edib

“Borussiya” yeni baş məşqçisini təqdim edib

Almaniyanın “Borussiya” (Dortmund) klubu yeni baş məşqçisini rəsmən təqdim edib. SİA-nın məlumatına görə, Bundesliqa təmsilçisi bu ilin may ayında anlaşdığı Lüsyen Favr üçün təqdimat mərasimi təşkil edib. 60 yaşlı isveçrəli mütəxəssislə 2 illik müqavilə imzalandığı bildirilir.

Qeyd edək ki, L.Favr ötən mövsüm "Nitsa"nı çalışdırıb.

Xatırladaq ki, "Borussiya"nı geridə qalan mövsümün birinci hissəsində Peter Bos, ikinci hissəsində isə Peter Şteger çalışdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə