Braziliya millisinin uğurlu seriyasına son qoyulub

Braziliya millisinin uğurlu seriyasına son qoyulub

Xəbər verdiyimiz kimi, futbol üzrə Braziliya milli komandası iddialı gəldiyi Rusiya mundialını əliboş tərk edir. SİA-nın məlumatına görə, onların qarşısını 1/4 finalda Belçika kəsib - 1:2. Matçın ilk hissəsində 0:2 hesabı ilə geriyə düşən "sambaçılar" baş məşqçi Titenin dönəmində ilk belə halla üzləşib. Bununla da 57 yaşlı mütəxəssisin 25 oyunluq uğurlu seriyasına son qoyulub. Tite 2016-cı ildən Braziliya yığmasını çalışdırır. Onun rəhbərliyi altında komanda çətinlik çəkmədən Cənubi Amerika zonasında seçmə mərhələni ilk sırada başa vuraraq dünya çempionatına vəsiqə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə