Araz Abdullayevin “Panionios”a transferi rəsmiləşib

Araz Abdullayevin “Panionios”a transferi rəsmiləşib

"Qəbələ"dən ayrılan Araz Abdullayevin Yunanıstanın “Panionios” klubuna transferi rəsmiləşib. SİA-nın məlumatına görə, millimizin üzvü tibbi müayinədən keçib və rəsmi sözləşmə imzalayıb. Lakin onun müqaviləsinin detalları haqda məlumat verilməyib.

A.Abdullayev son mövsümü icarə əsasında Kprin "Anortosis" klubunda keçirib.

Qeyd edək ki, "Panionios" 26 yaşlı yarımmüdafiəçi üçün yad klub deyil. Belə ki, o, 2012-ci ildə "Everton"dan Yunanıstan klubuna icarəyə verilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə