"Atletiko" "Milan"ın hücumçusu ilə anlaşıb

"Atletiko" "Milan"ın hücumçusu ilə anlaşıb

"Atletiko" heyətini gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. SİA-nın məlumatına görə, Madrid təmsilçisi "Milan"ın hücumçusu Nikola Kaliniçlə anlaşıb. Klublar arasında aparılan danışıqlar da müsbət nəticə verib. Xorvatiya millisinin üzvü "Atletiko"nu "Valensiya"ya dəyişməyə hazırlaşan Kevin Qameyronu əvəz edəcək. "Valensiya" isə Simone Zazanın "Yuventus"a keçidinə razılıq verəcək. Nikola Kaliniç "Milan"a ötən il "Fiorentina"dan 29 milyon avroya transfer olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə