"Qarabağ"ın "Olimpiya" ilə oyunlar üçün heyəti açıqlanıb

"Qarabağ"ın "Olimpiya" ilə oyunlar üçün heyəti açıqlanıb

Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Ağdam təmsilçisi bu matçlar üçün sifariş vərəqəsini UEFA-ya göndərib. Siyahıda 21 futbolçunun adı yer alıb. Komanda oyunun başlamasına 24 saat qalmışa qədər sifariş vərəqəsinə daha bir futbolçu əlavə edə bilər.

Qeyd edək ki, "Olimpiya" ilə ilk oyun 11 iyun tarixində Sloveniyada, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

Heyəti nəzərinizə çatdırırıq:

Qapıçılar: 1. Hannes Halldorsson, 12. Şahruddin Məhəmmədəliyev, 13. Vaqner Da Silva, 94. Nicat Mehbalıyev

Müdafiəçilər: 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 25. Ansi Aqolli, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 10. Dani Kintana, 17. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 77. Donald Gerye, 91. Coşqun Diniyev

Hücumçu: 11. Mahir Mədətov

Bütün xəbərlər Facebook səhifəmizdə