Braziliya millisində itki

DÇ-2018-in 1/4 finalında Belçika ilə qarşılaşacaq Braziliya millisində itki baş verib. SİA-nın məlumatına görə, sambaçılar Danilonun xidmətindən məhrum olub. 26 yaşlı müdafiəçinin məşq zamanı topuğundan zədələnib və turnirin digər görüşlərində iştirak etməyəcəyi dəqiqləşib.

Qeyd edək ki, Danilo DÇ-2018-də İsveçrə ilə oyunda (1:1) 90 dəqiqə oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə