Quti Şenol Günəşin köməkçisi olacaq

Quti Şenol Günəşin köməkçisi olacaq

"Real Madrid"in U-19 komandasını çalışdıran Quti Hernandes iş yerini dəyişib. SİA-nın məlumatına görə, Quti "Beşiktaş"da çalışacaq. 41 yaşlı mütəxəssis əsas komandanın baş məşqçisi Şenol Günəşin köməkçisi olacaq. İspaniya millisinin keçmiş üzvü iki illik müqavilə imzalayıb. Qutinin illik məvacibi 350 min avro olacaq. Mütəxəssis sosial şəbəkə hesabında bununla bağlı rəsmi məlumat yayıb.

"Real"ın əfsanəsi 2010-cu ildə "Beşiktaş"a keçmiş və futbolçu karyerasınu bu klubda bitirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə