“Neftçi” “Politexnika”nı məğlub edib

“Neftçi” “Politexnika”nı məğlub edib

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün növbəti yoxlama oyununu keçirib. SİA-nın məlumatına görə, “ağ-qaralar” Rumıniyanın “Politexnika” klubu ilə qarşılaşıb.

Görüş “Neftçi”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Nefçi” daha əvvəl “Şkupi (Makedoniya, 2:0), “Dunarea Kalarasi” (Rumıniya, 2:0) və “Çelik”ə (Bosniya və Herseqovina, 4:1) qalib gəlib.

5 iyul

Yoxlama oyunu

"Neftçi" - "Politexnika" (Rumıniya) 3:1

Qollar: Rəhman Hacıyev, 23. Baqali Dabo, 64. Rəşad Eyubov, 90 - Aleksandru Zahariya, 57.

Bütün xəbərlər Facebook səhifəmizdə