"Qəbələ” Sloveniyadan qayıdıb

"Qəbələ” Sloveniyadan qayıdıb

2018-2019-cu illər mövsümünə hazırlaşan “Qəbələ” Sloveniya toplanışını başa vurub. SİA-nın məlumatına görə, “qırmızı-qaralar” iyunun 20-də start götürən hazırlıqların 16-cı gününü bir məşqlə yekunlaşdırıb.

Günün ilk yarısına təsadüf edən hazırlıq prosesi bərpaedici çalışmalardan ibarət olub. Bu məşqlə toplanışı yekunlaşdıran “Qəbələ” günün ikinci yarısında Vətənə qayıdıb.

Xatırladaq ki, “qırmızı-qaralar” iyunun 20-dən iyulun 5-dək davam edən hazırlıq prosesində 3 yoxlama oyunu keçirib. Komanda Albaniyanın “Kukesi” (1:1), Xorvatiyanın “Dinamo” (0:2) və Polşanın “Krakoviya” (0:1) klubları ilə qarşılaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə