Stolüstü tennis üzrə Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirəcəklər

Stolüstü tennis üzrə Azərbaycan və İran yığmaları birgə təlim-məşq toplanışı keçirəcəklər

Stolüstü tennis üzrə Azərbaycan və İran yığma komandaları iyulun 6-dan 12-dək Bakıda təlim-məşq toplanışı keçirəcəklər. Təlim-məşq toplanışı Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən təşkil olunub.

Azərbaycan Stolüstü Tennis Federasiyasının məlumatında deyilir ki, təlim-məşq toplanışı iyulun 15-24-də Ruminiyada keçiriləcək gənclər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə