İspaniya yığmasının sabiq baş məşqçisi Visente Del Boske komandanın dünya çempionatındakı çıxışını dəyərləndirib. “Marca”nın xəbərində deyilir ki, təcrübəli mütəxəssis tənqidlərin ağır olduğunu deyib.
“Əlbəttə, İspaniya millisinin dünya çempionatındakı çıxışını uğurlu adlandırmaq olmaz, ancaq eyni zamanda, onlar bizim fikirləşdiyimiz qədər pis də deyildilər. Pozitiv məqamlar var idi. Belə qəddar olmamalıyıq. Deyirlər ki, özlərini axmaq yerinə qoydular. Təbii ki, nəticə üzücüdü, bu, həqiqətdi, ancaq deyilən sözlər də çox ağırdı” – deyə, o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB