Braziliya millisinin sabiq üzvü Rivaldo şəxsi İnstaqram hesabında Neymara müraciət edib. Qol.az-ın xəbərinə görə, veteran yarımmüdafiəçi “sambaçılar”ın liderini oyun ənənəsinə sadiq qalmağa və onu tənqid edənlərə fikir verməyə çağırıb: “Neymar, hər zamankı kimi oyna. Digər ölkələrin nümayəndələrinin haqqında səsləndirdiyi fikirlərinə əhəmiyyət vermə. Onların bir çoxu artıq evinə qayıdıb.
Əgər rəqibi tutub çəkmək lazımdırsa, çək, vurmaq lazımdırsa, vur. Əgər qayda pozuntusundan sonra yıxılıb, vaxt qazanmaq lazımdırsa, bunu da et. Çünki bunu hamı edir. Problem yalnız ondadır ki, sən dünya çempionatında oynayırsan və ölkənin sevimlisi olursan. Təəssüf ki, bu, çoxlarını narahat edir. Səbəbini bilmirəm.
Həmişə olduğu kimi, yalnız irəliyə doğru get, öz oyununla bizi məftun et. Səni bağrıma basıram”. Qeyd edək ki, Neymar oyun ərzində çox simulyasiya etdiyi, vaxtı uzatdığı üçün tənqid edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB