Azərbaycan Stolüstü Tennis Federasiyası 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri arasında stolüstü tennis turniri təşkil edəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, turnir iyulun 14-də saat 10:00-da "Şüa" idman sağlamlıq kompleksində start götürəcək. Yarışın qaliblərinə Federasiyanın diplom və mükafatları təqdim olunacaq.
Turnirdə iştirak etmək istəyən media nümayəndələri iyulun 10-dək 012 408 74 54 telefonuna zəng etməklə və ya http://[email protected] e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB