Yeni mövsümə hazırlığı davam etdirən "Neftçi”nin əvəzedici komandası bu gün yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Mahmud Qurbanovun yetirmələri "Səbail”in əvəzediciləri ilə qarşılaşıblar. "Bayıl Arena”da baş tutmuş görüşdə “ağ-qaralar” 2:3 hesabı ilə məğlub olub. "Neftçi”nin qollarını Kənan Qasımov və Azər İsmayılov vurub.
Oyundan sonra 5 günlük istirahətə buraxılan “Neftçi”nin əvəzediciləri iyulun 11-də İsmət Qayıbov adına təlim-məşq bazasında məşqə çıxacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB