Rəşad Abdullayev: "Ağdam təmsilçisi ilə görüş 6 xallıq oyundur"

Rəşad Abdullayev: "Ağdam təmsilçisi ilə görüş 6 xallıq oyundur"

"Neftçi"nin futbolçusu Rəşad Abdullayev Azərbaycan Premyer Liqasının 15-ci turunda "Qarabağ"la keçiriləcək oyunun çətin olacağını düşünür. SİA-nın məlumatına görə, futbolçu bu barədə klubun rəsmi saytına açıqlama verib: "Bizi "Qarabağ"la çətin oyun gözləyir. Düzdür, indi çempionatda asan oyun olmur. Amma Ağdam təmsilçisi ilə görüş 6 xallıq oyundur. Çalışacağıq ki, yaxşı hazırlaşıb istədiyimiz nəticəni əldə edək. Əsas məqsədimiz oyundan qələbə ilə ayrılmaqdır".

Yarımmüdafiəçi ötən tur baş tutmuş "Qəbələ" ilə oyuna (0:0) da toxunub: "Qəbələ" ilə oyunda qol epizodlarından istifadə edə bilmədik. Üstəlik, rəqib müdafiəçi Bahodir Nasimova qarşı kobud oynasa da hakim penaltini vermədi.  Əslində, həmin epizodda penalti var idi. Çünki Bahodir "Qəbələ"nin müdafiəçisinin önündə idi və futbolçumuzu yıxmışdı, amma nədənsə baş hakim penalti təyin etmədi. Videotəkrar vasitəsilə buna bir daha əmin oldum".

Bütün xəbərlər Facebook səhifəmizdə