Rıdvan Dilmənə ağır həbs cəzası istənilir

Rıdvan Dilmənə ağır həbs cəzası istənilir

Keçmiş futbolçu, hazırda televiziya kanalında şərhçi işləyən Rıdvan Dilmən və 31 nəfər digərlərinə şəxsi məlumatları hüquqa zidd olaraq ələ keçirmək və yaymağa görə açılmış cinayət işi davam edir. SİA-nın məlumatına görə, Qartal Cumhuriyyət prokroru Cengiz Cem Karakaşlı artıq bu barədə iddia hazırlayıb. İddiada İstanbul Polis rəisinin köməkçisi Ömer Yanık, əlaqələndiriciyə cavabdeh şəxs Fatih Bilir, iş adamları - "Kaşıbeyaz" restoranının sahibləri Rza ve Erol Güralın da adı olduğu 31 nəfərə ağır həbs cəzaları istənir. Belə ki, iddiada bildirilir ki, Dilmən sevgilisi Nilay Yılmazın bütün əlaqələrini öyrənə bilmək üçün Mehmet Yanık ve Zafer Çalışkan vasitəsi ilə Fatih Bilirdən onun əlaqə saxladığı bütün danışıqları əldə edib. O, həyat yoldaşı Ayşe Nur Dilmen və onunla danışan Tanju Çolak və Melih Şekerin də bütün əlaqədə olduğu danışıqları əldə edib. Dilmənin işlədiyi cinayətə 1 ildən 4 ilə qədər həbs cəzası düşür və iddiada onun "şəxsi məlumatları hüquqa zidd olaraq ələ keçirmək və yaymaq" cinayətini 17 dəfə işlədiyi, buna görə 17 ildən 68 ilə qədər həbs cəzası müəyyənləşdirilib verilməsi tələb olunur. Ən çox həbs cəzası isə əlaqələndirici operator Fatih Bilirə istənib. Belə ki, onun 64 dəfə bu cinayəti işlədiyi və 64 ildən 256 ilə qədər həbs oluna biləcəyi iddia olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə