Paulinyo komandasının son məşqini niyə buraxıb?

Paulinyo komandasının son məşqini niyə buraxıb?

Braziliya millisinin futbolçusu Paulinyo komandasının son məşqini buraxıb. SİA-nın məlumatına görə, belində ağrılar olan 29 yaşlı yarımmüdafiəçiyə həkimlər dincəlməyi məsləhət görüb. Buna baxmayaraq, onun DÇ-2018-in 1/4 finalında Belçikaya qarşı oynayacağı gözlənilir.

Qeyd edək ki, Braziliya - Belçika görüşü sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə