Joze Mourinyo: “DÇ-də oynayan futbolçular bu məsuliyyəti hiss etməlidirlər”
Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo dünya çempionatında futbolçuların simulyasiya etməsindən danışıb. SİA-nın məlumatına görə, o, Kolumbiya - İngiltərə matçı haqqında fikirlərini bildirərkən futbolçuların belə hərəkətə yol verməsini pisləyib: “İnsanlar diqqətlərini Neymara yönəldirlər. Amma belə hallar bütün komandalarda baş verir. Hər komandada özünü yerə yıxan, epizodu qayda pozuntusu varmış kimi göstərən, hakimi təzyiq altında saxlayan futbolçular var. Bu, təkcə Kolumbiya- İngiltərə matçında deyil, hər bir oyunda baş verir. Hari Maqayer kimi müdafiəçi də məni təəccübləndirdi. O, əslində dürüst biridir. Ancaq oyunda özünü yerə yıxmasına rəğmən, hakimdən VAR sitemini tələb etdi. Milyonlarla insanın izlədiyi dünya çempionatında oynayan futbolçular bu məsuliyyəti hiss etməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB